Dünya
Türkiyə-Ermənistan sərhədi nə vaxt açılacaq? – Marqarada tikinti işləri…
“Hökumətin iclaslarında maliyyələşmə ilə bağlı bir sıra qərarlar qəbul edilib, Marqarada aktiv tikinti işləri aparılır. Nə vaxt bitəcəyi barədə dəqiq bir tarix deyə bilmərəm. Amma güman edirəm ki, tezliklə yekunlaşar”.
Jamaz.info xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan Dövlət Sərhəd Xidmətinin rəhbəri Rüstəm Badasyan Ermənistan-Türkiyə sərhədinin açılması istiqamətində aparılan işlərlə bağlı deyib.
“Bizim vəzifəmiz sərhəd-keçid məntəqəsində gömrük nəzarətinin lazımi qaydada həyata keçirilməsi üçün şəraiti təmin etməkdir, biz bunu həyata keçiririk. Və o məsələ bizim səlahiyyətimizdə deyil”, – deyə Badasyan tikinti işləri başa çatdıqdan dərhal sonra sərhədin açılıb-açılmayacağı sualına cavab verərkən deyib.(publika)