Dünya

Türkiyə ABŞ və Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşulmayacaq

Türkiyə ABŞ və Aİ-nin Rusiyaya qarşı birtərəfli sanksiyalarına qoşulmaq fikrində deyil.

Jamaz.info xəbər verir ki, bu barədə Türkiyə respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

“Biz ABŞ və Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi birtərəfli sanksiyalara qoşulmayacağıq. Biz öz xeyrimizdən və öz rifahımızdan çıxış edirik. Eyni zamanda, Montrö Konvensiyasının müddəalarının icrasını yaxından izləyirik”- deyə Çavuşoğlu bildirib.

Çavuşoğlu, müxalifətin prezidentliyə namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun hakimiyyətə gələrsə, Kremllə deyil, Qərblə münasibətləri inkişaf etdirməyə üstünlük verəcəyi ilə bağlı açıqlamasına münasibət bildirərək “Xatırlayırsınız ki, mitinqlərin birində o, tamam başqa söz demişdi. O, Türkiyə ilə Rusiya arasında heç bir şeyin münasibətlərə təhlükə yaratmayacağını söylədi. O, öz fikirlərində ardıcıl deyil” deyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button