Dünya

Türk dünyasının gələcəyi üçün atılan addım: iqtisadi güc birləşdirildi

Vahid türk dünyasının iqtisadi inteqrasiyasını təmin edəcək “Türk İnvestisiya Fondu”nun (TYF) yaradılması rəsmiləşib.

Jamaz.info xəbər verir ki, Türk Dövlətləri Təşkilatının (TDT) iqtisadi inteqrasiyası istiqamətində daha bir tarixi addım atılıb. Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın üzv olduğu Türkiyə İnvestisiya Fondunun(TYF) yaradılması rəsmən öz təsdiqini tapıb . Yaradılmasına dünən – mayın 30-da Azərbaycanın da razılıq verdiyi TYF İstanbulda yerləşir.

Prezident Rəcəb Tayyib Ərdoğan hələ mart ayında Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısında Türkiyə İnvestisiya Fondunun yaradılmasını atılacaq mühüm addım kimi dəyərləndirmiş və qurum haqqında aşağıdakı fikirləri ifadə etmişdi:

“Biz türk dünyasında inteqrasiyanın mühərrikləri olan iqtisadiyyat, ticarət, nəqliyyat və enerji sahələrində əməkdaşlığımızı nəzərdən keçirdik. Türkiyə İnvestisiya Fondunun təsis müqaviləsinin imzalanması sammitimizin real nailiyyətlərindən biri oldu.

Fond sayəsində kob-lara, inkişaf layihələrinə, nəqliyyat və logistika zəncirlərinə, infrastruktur layihələrinə, kənd təsərrüfatı və turizmə investisiyalar ayrılacaq, bərpa olunan enerji sahəsində araşdırmalara dəstək veriləcək.

Bütün bu sahələrdə şirkətlərin maliyyəyə əlçatanlığı təmin, regionlararası ticarət təşviq ediləcək. İnanıram ki, Türk İnvestisiya Fondu da türk dünyasına iqtisadi inteqrasiyaya töhfə verəcək.

Bərabər sərmayə qatqısı və bərabər səs hüququ prinsipi çərçivəsində qurulacaq fonda İstanbul ev sahibliyi edəcək. Bununla biz İstanbulun qlobal maliyyə birliyində oynadığı mərkəzi rolun möhkəmlənməsini təmin etdik”.

Qeyd edək ki, Türk İnvestisiya Fondunun kapitalı birinci mərhələdə 500 milyon dollar olub. Bu fondda 5 ölkə (Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan) bərabər paya malikdir. Gələcəkdə Fonda daha 4 ölkənin üzv olması planlaşdırılır.

Əlavə məlumat:

Türkiyə İnvestisiya Fondunun 10 min səhmi olacaq. Hər bir səhmin dəyəri 50 min dollar təşkil edəcək. Üzv dövlətlərin hər biri fonda 100 milyon dollar sərmayə qoyacaq.

Müqavilə qüvvəyə mindikdən sonra 90 gün ərzində təsisçi ölkələr birinci tranşı ödəyəcəklər. Bu məbləğin ölkə üzrə 5 milyon dollar olduğu bildirilir. Qalan səhmlər isə hər il 3 bərabər hissə ilə ölkələrdən alınacaq.

Fonda rəhbərliyi sədr, icraçı direktor, idarə heyəti və şura həyata keçirəcək.

Sədr İdarə Heyəti tərəfindən rotasiya əsasında 4 il müddətinə təyin ediləcək. Fond yarandığı gündən etibarən 20 il fəaliyyət göstərəcək. Bu müddət gələcəkdə uzadıla da bilər.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button