Dünya
Türk əsilli qadın mer seçildi – İlk dəfə
Niderlandın Raysvik şəhərində mer seçilən türk əsilli qadın siyasətçi Huri Şahin and içərək vəzifəsinin icrasına başlayıb.
Jamaz.info xəbər verir ki, Türkiyənin Adana şəhərindən olan 47 yaşlı H.Şahin Raysvik əhalisinə təşəkkür edib.
Ailəsinin 1960-cı illərdə işçi kimi Niderlanda miqrasiya etdiyini bildirən siyasətçi insanların ehtiyaclarının diqqət mərkəzində saxlanılacağını vurğulayıb.
“Niderlandda ilk türk mer olmağımla qürur duyuram”, – deyə Şahin bildirib.
Qeyd edək ki, Niderland parlamentində də türk əsilli ölkə vətəndaşları təmsil olunurlar.(modern)