Dünya

Trampı məxfi sənədlərlə bağlı əlavə ittiham gözləyir

ABŞ Ədliyyə Nazirliyi ölkənin keçmiş prezidenti Donald Trampa qarşı məxfi materiallarla düzgün işləmədiyinə görə əlavə ittihamlar irəli sürüb.

Jamaz.info xəbər verir ki, bu barədə Florida ştatının Cənub Dairəsinin məhkəməsinin elektron məlumat bazasında cümə axşamı daxil olan sənəddə deyilir.

“Araşdırmalardan sonra Donald Trampla bağlı işə müdafiə məlumatlarını qanunsuz saxlamaqda ittiham edən 32-ci bənd əlavə edilib”, – mətndə göstərilmişdir.

Bundan əlavə, işdə yeni bir ittiham edilən şəxs bəlli olub – Karlos De Oliveyra. O, ədalət mühakiməsinin həyata keçirilməsinə mane olmaq üçün sui-qəsd cinayətində ittiham olunur: məhkəmənin materiallarına görə, o, iş üzrə digər müttəhim Valter Nauta ilə birlikdə 2022-ci ilin yayında müşahidə kamerasındakı səs yazısını məhv etməyə çalışıb. Qeyd edilir ki, Tramp da bu maddə üzrə təqsirləndirilən şəxs sayılır.

Bundan əlavə, De Oliveyra yalan ifadə verməkdə və Nautaya gizli sənədlər qutularını ABŞ administrasiyasının keçmiş rəhbərinin əmlakına köçürməyə kömək etməkdə ittiham olunur.

ABŞ Federal Təhqiqatlar Bürosunun əməkdaşları 2022-ci ilin avqustunda Trampın Floridadakı Mar-a-Laqo malikanəsində aparılan axtarış zamanı ümumilikdə 102 sənəd ələ keçirib: onlardan 27-si Ağ Evin keçmiş sahibinin ofisində, daha 75-i isə anbarda aşkarlanıb. Sənədlərin 17-də “tam məxfi” qeyd olunub.

Respublikaçı Tramp iddia edir ki, onun tərəfində heç bir qanun pozuntusu olmayıb, çünki o, dövlət başçısı kimi əlində olan bütün sənədlərin məxfiliyini ləğv etmək səlahiyyətinə malik idi. Gələn il keçiriləcək seçkilərdə ən yüksək post uğrunda yenidən mübarizə aparacaq eks-prezident ona qarşı ittihamları demokrat Co Baydenin başçılıq etdiyi ABŞ hakimiyyətinin təşkil etdiyi sırf siyasi qərar kimi xarakterizə edir. Respublikaçılar Partiyasının bir sıra digər tanınmış simaları da hazırkı administrasiyanı işi siyasiləşdirməkdə ittiham edirlər.(Bizimyol.info)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button