Dünya

Tramp yenə ortalığı qarışdırdı: 17 nəfəri öldürənləri azadlığa buraxıb  

ABŞ prezidenti Donald Tramp 2007-ci ildə İraqda 17 mülki şəxsi qətlə yetirməkdə günahkar bilinən 4 muzdlu əsgərin azadlığa buraxılması barədə qərar verib. JAMAZ.İNFO xəbər verir ki, toplam 20 nəfəri əfv edən Trampın qərarı qalmaqala səbəb olub.

Belə ki, əfv sərəncamına əsasən 15 nəfər azadlığa buraxılıb, 5 nəfərin isə cəzası yüngülləşdirilib. Amma qalmaqala səbəb olan məsələ odur ki, azadlığa buraxılanlar arasında İraqda 17 nəfərin öldürülməsində iştirak etmiş 4 muzdlu da var. “Balckwater” Təhlükəsizlik Şirkətinin nümayəndələri olan Nikolas Slatten, Paul Sloug, Evan Libertu və Dustin Heard həmin cinayətin iştirakçıları olublar.

“Human Rights Vatch” Təşkilatının Yaxın Şərq üzrə direktoru Sara Leah Uinston əfv qərarını şərh edərək, Trampın həmin 4 muzdlunu buraxmasını ədalətli hesab etməyib. O, İraqda məlum hadisə zamanı öldürülən 9 yaşlı Əlini örnək göstərərk deyib: “Əli üçün ədalət yoxdur. Sonra da bizə niyə nifrət edirlər deyə soruşuruq? Sən uşağın qatillərini azad edəndə, onlar da bizə nifrət edəcək”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button