Dünya

Tramp ABŞ-da seçki saxtakarlıqlarına dair sübutları təqdim edəcək

ABŞ prezidenti Donald Tramp növbəti dəfə prezident seçkilərində qələbə qazanması barədə bildirib və demokratlar tərəfindən fırıldaqçılığa dair sübutları təqdim edəcəyinə söz verib. “Report” xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “FoxNews”a müsahibəsində deyib.

“Biz seçkilərdə asanlıqla qalib gəldik. Ola bilməz ki, Bayden milyonlarla səs yığsın”, – o, müsahibəsində bildirib.

Tramp öz qələbəsini elan etmiş Co Baydenin afroamerikalı seçicilər arasında sabiq dövlət başçısı Barak Obamadan da çox səs yığa bilməsindən şübhələnib. “Minlərlə ölü insan səs “verdi”, – Tramp təkrarlayıb. O, vurğulayıb ki, əslində Bayden 80 milyon səs toplamayıb.

ABŞ prezidenti bildirib ki, fırıldaqçılıq sübutları arasında şahid ifadələri, həmçinin Baydenin xeyrnə bülletenlərin topa şəklində atılmasına dair şəkillər və sübutlar tapılıb. “Bizdə sübutlar çoxdur”, – Tramp deyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button