Dünya
Tayvan ətrafında gərginlik – Çin hərbi texnika topladı
Tayvan adası ətrafında növbəti gərginlik yaşanıb.
Jamaz.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Çin Xalq Respublikasının (ÇXR) hərbi texnikaları adanın ətrafına cəlb edilib.
7 gəmi, 71 hərbi təyyarə və 47 uçuş aparatı Tayvanın yaxınlığına cəmləşdirilib.
Qeyd edək ki, 1940-cı illərdə Çindəki vətəndaş müharibəsi zamanı kommunistlərin ölkənin əsas hissəsində iqitidarı ələ keçirməsindən sonra devrilmiş hakimiyyət adada fəaliyyətini davam etdirib. Uzun müddət Çin Respublikası adı ilə ölkəni BMT-də məhz Tayvan təmsil edib. Hazırda ÇXR adanın suverenliyi altında olmasını tələb edir.(modern)