Dünya
“Taliban” darmadağın ediləcək
Pakistan ordusu “Taliban”ının yerli qolunu məhv etmək qərarına gəlib.
Jamaz.info məlumat verir ki, Pakistan ordusu törətdiyi silsilə terror aktlarına görə “Taliban”ın yerli qolu olan “Təhrik-e-Taliban Pakistan”ı darmadağın etmək qərarına gəlib.
Pakistan silahlı qüvvələrinin yaydığı bəyanatda deyilir: “Hədəf heç bir fərq qoymadan terrorçulara qarşı mübarizə aparmaq və bu təhlükəni aradan qaldırmaqdır”.
Qeyd edək ki, bundan öncə Pakistanın paytaxtı İslamabadda bir polisin ölümü ilə nəticələnən güclü partlayış olub.