Dünya

“Təbrizin sehrli nağılları”na qarşı “Fələstin kitabı”- İran rəsmiləri kampaniyaya başaldı

İsrailin Azərbaycandakı səfirinin “Təbrizin sehirli nağılları” kitabını oxuma kampaniyasına qarşı Təbrizdə bir sıra hökumət ziyalıları  “Fələstin kitabı”nın təqdimatı üçün kampaniya başladıblar. JAMAZ.İNFO xəbər verir ki, bu barədə SEPAH-a bağlı “Fars News” xəbər agentliyi məlumat yayıb.

Qeyd edək ki, bu yaxınlarda İsrailin Azərbaycandakı səfiri Corc Dik “Təbrizin sehirli nağılları” kitabını oxuyarkən fotosunu dərc edərək yazıb: “Bu yaxınlarda mənə təqdim olunan bu möhtəşəm kitabda Təbrizdə Azərbaycanın tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Dostlar, bu günlərdə nə oxuyursunuz?”.

İranın Azərbaycandakı səfiri isə İsrail səfirinin tvitlərinə aqressiv və qeyri-diplomatik tonda  savab verib: “Bu səfir uşaqdır və uşaqcasına işlərlə məşğuldur, amma bilməlidir ki, harada nadinclik edir, fitnə çıxarır”.

İndi isə Təbrizdə İran hökumətinə bağlı bir qrup elm və mədəniyyət, sənət adamları, media nümayəndələri və idmançılar tərəfindən adıçəkilən aksiyaya cavab olaraq kampaniyaya start verilib. Kampaniya iştirakçıları İranın dini rəhbəri Xameneinin yazdığı “Fələstin” kitabını oxuyarkən çəkilmiş fotolarını dərc etməklə bu kitabı dünyaya və xüsusən də Qafqaz regionu xalqına tanıtdırırlar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button