Dünya

Sudanda Türkiyənin təyyarəsi atəşə tutulub

Sudanda Türkiyənin vətəndaşlarını təxliyə məqsədilə bu ölkəyə gələn təyyarəsi atəşə tutulub.

Jamaz.info “Sputnik Türkiye”yə istinadən xəbər verir ki, məlumatı Sudan ordusu yayıb.

Bildirilib ki, Çevik Hərəkət Qüvvələrinin təyyarəni atəşə tutması nəticəsində 1 nəfər xəsarət alıb.

Türkiyə tərəfi hələlik hadisəyə münasibət bildirməyib. Detallar məlum deyil.

Qeyd edək ki, aprelin 15-də Sudanın paytaxtı Xartum şəhəri və ətrafında ölkənin təhlükəsizlik qüvvələri arasında döyüşlər başlayıb. Həmin gündən bəri ölkənin 20-ə yaxın vilayətində toqquşmalar yaşanır. (modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button