Dünya

Şoltsu ittiham etdi: Ukrayna ilə bağlı bu düşüncəsi səhvdir

Şoltsu, Ukraynanı NATO-da görmək istəmədiyinə görə qınayırlar.

Jamaz.info “RİA Novosti”yə istinadən xəbər verir ki, Ukraynanın Almaniyadakı keçmiş səfiri Andrey Melnik Almaniya kansleri Olaf Şoltsu Kiyevi NATO-da görmək istəməməkdə ittiham edib. Keçmiş diplomat Almaniyanın ali rəhbərliyinin Ukraynaya silah tədarükü məsələsini müzakirə etməkdən yayınması ilə bağlı çaşqınlığını da xatırladıb.

“Almanlar əmindirlər ki, silah baxımından hər şey qüsursuzdur. Bu, dərhal düzəldilməli olan səhvdir”, – deyə Melnik bildirib.

Qeyd edək ki, Andrey Melnik 2015-ci ildən 2022-ci ilin oktyabrına qədər Ukraynanın Almaniyadakı səfiri olub. O, qeyri-diplomatik bəyanatları və səs-küylü siyasi qalmaqalları ilə tanınıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button