Dünya

Serbiya prezidenti Aİ naminə Rusiya ilə münasibətləri kəsməsinə eyham vurdu

Serbiya prezidenti Aleksandar Vucic ölkəsinin Aİ-yə daxil olmaq üçün Rusiya ilə münasibətləri kəsməyə hazır olduğuna eyham vurub.
Jamaz.info xəbər verir ki, bu barədə Politico məlumat yayıb.
Serbiya lideri bildirib ki, o, ölkəsinin siyasətini yenidən nəzərdən keçirməyin vaxtının yetişdiyini başa düşür və Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməyə, o cümlədən Kremllə münasibətləri kəsməyə hazır olduğuna eyham vurub.
“Məndən bir təklif alacaqsınız: Serbiya Aİ yolunu davam edəcək. Yaxşı, özünüz nəticə çıxarın. Amma düşünürəm ki, siz məni başa düşürsünüz”, – Vuçiç deyib.
“Gələcəkdə çətin qərarlarımız olacaq, şübhəsiz. Deyə biləcəyim tək şey budur”, – deyə o bildirib.
Eyni zamanda Vuçiç təkrar edib ki, Rusiya Ukraynada döyüşən “Vaqner”ə serbləri cəlb etmək səylərini dayandırmalıdır.(qaynarinfo)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button