Dünya

Sarkisyanın “Yaşasın Qarabağ” deməkliyi: Odu söndürüb, külü ilə oynayırlar

Ermənistanın prezidenti Aarmen Sarkisyan ölkəsinin müstəqillik əldə etməsinin 103 illiyi ilə əlaqədar müraciət yayıb. JAMAZ.İNFO xəbər verir ki, Sarkisyan Ermənistanın “şanlı” tarixindən danışaraq, “tarixən əziyyət çəkən” xalq olduqlarından, “yeni dövlət” qurduqlarından danışıb.

Qeyd edək ki, Eermənistan prezidenti müasir dövrümüzdə üzləşdikləri problemlərin dinc və siyasi yolla həlli məsələsini bir kənara qoyub, yenə də sərsəm fikirləri ilə diqqət çəkməyə başlayıb. Məsələn, o, Ermənistan və Qarabağın gələcəyindən dəm vuraraq, hər ikisinin “müstəqilliyi”nin erməni xalqından asılı olduğunu dilə gətirib. “Bizim Vətənin – Ermənistan və Qarabağın- gələcəyi necə olacaq? Bu bizdən asılıdır. Vətən o cür olacaq ki, biz istədiyimizə nail olacağıq. Yaşasın Ermənistan respublikası! Yaşasın Qarabağ!”

Bildirək ki, erməni xəstəliyi hər sahədə, xüsusən də siyasətdə özünü qabarıq şəkildə göstərir. Ümumilikdə, Ermənistan adlı dövlətin mövcudluğu 1918-ci ilə təsadüf edir. Ondan əvvəl isə ermənilərin nə dövlətləri olub, nə də buna bənzər bir şeyləri. Amma xəyalla, saxtakarlıqla özləri üçün bir şeylər düzəldiblər. Bbu gün dünya siyasi tarixinə də məhz rusların dəstəyi ilə düşmək imkanı əldə ediblər.

Lakin Ermənistan hər zaman qonşularına qarşı, ələlxüsus Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik edib və bu gün də həmin proses davam edir. Armen Sarkisyana demək lazımdır ki, Qarabağ heç vaxt onların torpaqları olmayıb və bundan sonra da olmayacaq. Münaqişə artıq bitib, Azərbaycan ərazi bütövlüyünü bərpa edib və yaxın vaxtlarda Xankəndində Azərbaycan Bayrağı dalğalanacaq. İndi durub “Yaşasın Qarabağ”, “Qarabağ Vətəndir” demək, axmağlığın, başqa dövlətin ərazisinə iddia etmək, bütün beynəlxalq hüquqlara tüpürməkdən və ən əsası işğalçı dövlət olmaq deməkdir. Ona görə də, boş-boş danışmaqdansa, sərhədlərin bərpasına, iki ölkə arasında normal münasibətlərin qurulmasına, regional proseslərdə iştirak etmək üçün çalışmaq lazımdır. Daha, belə əhəmiyyətsiz, pafoslu, publikaya işləyən açıqlamalar verməyin nə mənası var, nə əhəmiyyəti var, nə də adamı ağıllı göstərmir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button