Dünya
Sarkisyan yeni qətliama hazırlaşır? – Bu görüş şübhə doğurur
Ermənistanın 3-cü prezidenti, Birinci Qarabağ savaşında azərbaycanlılara qarşı soyqırımda aktiv iştirak edən Serj Sarkisyan hələ də Qarabağdadır.
JAMAZ.İNFO xəbər verir ki, bir neçə gün öncə Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlıların nəzarəti altında olan hissəsinə gələn Sarkisyanın nə etdiyi kimsəyə məlum deyil.
Bu gün isə Sarkisyan İnstaqram səhifəsindən Qarabağdakı yeni fotosunu “Dostlarla” adı ilə paylaşıb. Sarkisyanın fotodakı “dostları” isə keçmiş və qondarma “dqr”in qondarma başçıları olmuş Bako Saakyan və Arkadi Qukasyan, həmçinin Pargev Srbazandır.
Separatçıların Qarabağda birləşib, yenə hansı qətliamlara hazırlaşdığı isə sual altındadır.