Dünya

Sarkisyan Paşinyanın təqdimatını rədd etdi: Qasparyan isə siyasətə qoşulur

Ermənistan prezidenti Armen Sarkisyan baş nazir Nikol Paşinyanın Baş Qərargah rəisi ilə bağlı təqdimatını qəbul etməyib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məlumatda deyilir ki, Paşinyanın təqdimatına əsasən yeni Baş Qərargah rəisi Artak Davatyanın təyin olunmasını istəyib. Lakin Sarkisyan həmin sənədi imzalamaqdan imtina edib.
Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Oonik Qasparyan dünən Paşinyanın sərəncamı ilə vəzifəsindən azad edilib. Hələ fevral ayından bəri baş nazirlə general arasında ciddi narazılıq yaranmışdı və Qasparyan Paşinyanın istefasını tələb edirdi. Lakin gərgin mübarizədən baş nazir qalib çıxdı.
Bu əsnada, o da bəlli olub ki, işdən çıxarılan Qasparyan aktiv siyasətə qatılmaq qərarına gəlib. Yaxın günlərdə onun ya hansısa partiyaya qoşulacağı, ya da yeni partiya quracağı deyilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button