Dünya

Sarkisyan “başıma güllə vurardım” dedi, jurnalist onu ələ saldı: “Bəs, apreldə niyə bunu etmədin?”

Ermənistanın 3-cü prezidenti, Xocalı soyqırımının əsas təşkilatçı və iştirakçılarından biri olan Serj Sarkisyan deyib ki, o, müharibəni xoşlamır. JAMAZ.İNFO xəbər verir ki, Cermuxda yerli əhali ilə görüşən Xocalı qatili bildirib ki, heç vaxt müharibə arzulamayıb.

O, Azərbaycan-Ermənistan sərhəddində baş verənlərə də münasibət bildirib. “Bu gün 6 nəfəri əsir götürüblər. Sabah 16 nəfəri, o biri gün 36 nəfəri əsir götürəcəklər. Bəs, sonra? Əgər Paşinyanın zərrə qədər şərəfi olsaydı, özünü öldürərədi. Əgər mən ali baş komandan olsaydım və hazırkı vəziyyətə düşsəydim, başıma bir güllə vurardım”.

Sarkisyan Paşinyana xitabədə daha sonra deyib: “5000 əsgərin ölümü, koronavirusdan daha 5000 insanın ölümü sənin vicdanına yazılıb. Belə həyat kimə lazımdır? Məhv edilmiş ordu, Azərbaycan səninlə məzələnir. Onlar sənə “sən kimsən?”, “Mən sənə qalib gəlmişəm”, “Sən sadəcə əski parçasısan” deyirlər. Bilirsiz, onun soyadını belə, bu cür çağırırlar».

Qeyd edək ki, həmin görüşdə iştirak edək jurnalistlərdən biri Sarkisyana söz atıb. Media təmsilçisi “Bəs, siz aprel döyüşlərindən sonra niyə başınıza güllə vurmadınız? Axı, siz də məğlub olmuşduz. Həmin vaxt ordu da dağılmışdı” deyə bildirib. Sarkisyanın tərəfdarları dərhal onu yığıncaqdan çıxarıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button