Dünya

Sabiq prezidentin oğlu arvadını ölümcül döydü

Özbəkistanın sabiq prezidenti İslam Kərimovun oğlu Pyotr Kərimov həyat yoldaşını döyməkdə ittiham olunur. JAMAZ.İNFO xəbər verir ki, mayın 16-da baş verən insidentlə əlaqədar artıq Kərimov saxlanılıb.

Hadisəyə səbəb ər və arvad arasında yaranan pul mübahisəsi olub. “İzvestiya” qəzetinin məlumatına görə, Pyotr Kərimov arvadından Daşkəndə qatar bileti almaq və otelin pulunu ödəməyi tələb edib. “Lakin qadın bu qədər pulu olmadığını deyib və ödəmə etməkdən boyun qaçırıb. Hadisənin şahidi bildirir ki, Kərimov arvadından pulu indi tapmağı tələb edib. “Yoxumdur” cavabını eşitdikdən sonra isə onu döyməyə başladı”.

Məlumatda qeyd edilir ki, kiçik Kərimov arvadını döyməkdə şübhəli bilinərək Krasnoqorskda həbs edilib. Qadının isə daxili qanaxma və beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya çatdırıldığı bildirilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button