Dünya

Saakaşvilinin vəziyyəti hər keçən gün pisləşir

Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixail Saakaşvilinin vəziyyəti hər keçən gün pisləşir.

Jamaz.info xəbər verir ki, bu barədə Gürcüstanın Ombudsman aparatı məlumat yayıb.

Bildirilir ki, o, aclıq aksiyası keçirir. Ombudman tərəfindən dəvət olunan mütəxəssis qrupu Saakaşvilinin saxlanıldığı “Vivamed” klinikasının sənədlərini təhlil edib və qiymətləndirmə aparıb.

Sabiq dövlət başçısının qanında leykositlərin azaldığı açıqlanıb, bu isə sümük iliyində olan problemlə əlaqədar olduğu ehtimal edilir.

Qeyd edək ki, Saakaşvili Ukraynadan Gürcüstüna qayıtdığı 2021-ci ilin oktyabr ayından bəri həbsdədir. O, dəfələrlə aclıq aksiyası keçirib. Səhhətində ağır problemlər yaranan eks-prezident bir müddət əvvəl müalicə müəssisəsinə köçürülüb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button