Dünya

Saakaşvilinin şəxsi həkimi: “Eks-prezident müalicə müəssisəsində ölə bilər”

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili penitensiar xidmətin müalicə müəssisəsində müalicə olunmur və buna görə də orada ölə bilər. 

“İnterfaks” agentliyi xəbər verir ki, bu iddianı Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidze səsləndirib.

“Mixail Saakaşvilinin sağlamlıq göstəriciləri pisləşib, vəziyyəti yaxşı deyil. Mən Saakaşvilini çoxprofilli mülki xəstəxanaya köçürülməsini tövsiyə edirəm. Müalicə müəssisəsində müalicənin imitasiyası aparılır, bütün bunlar ölümlə yekunlaşa bilər”, – deyə Kipşidze bildirib.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili daha əvvəl bildirmişdi ki, Saakaşvili mülki xəstəxanaya yerləşdiriləcəyi halda tərəfdarları onu zorakı üsullarla azad etməyə cəhd göstərə bilərlər, bu da ciddi gərginliyə səbəb olar.

Dünən axşam isə Saakaşvilinin qeyri-rəsmi lideri olduğu “Vahid Milli Hərəkat” partiyası bəyanat yayaraq keçmiş prezident çoxprofilli mülki xəstəxanaya köçürülərsə, xəstəxana yaxınlığında etiraz aksiyası keçirməyəcəyini vəd edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button