Dünya
“Saakaşvilini rahat buraxın” – İqtidar müxalifətə səsləndi
Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze ölkənin sabiq prezidenti Mixail Saakaşvilinin sağlamlığı ətrafında yaranan qalmaqala münasibət bildirib.
Jamaz.info xəbər verir ki, Kobaxidze bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“Bir adamın ölümü haqqında 400 gün danışmaq mənasızdır. Axı eyni adamın ölümü haqqında necə hər gün danışmaq olar? Bu, sizin həmin adama münasibətinizi göstərir. Saakaşvilini daha rahat buraxın”, – deyə iqtidar partiyasının sədri müxalifəti tənqid edib.
Qeyd edək ki, həbsdə olan Mixail Saakaşvilinin səhhəti qəfil pisləşmişdi. Müayinələr və analizlər zamanı onun bədənində normadan artıq civə və ağır metallar olduğu aşkar edilmişdi.(modern)