Dünya

Saakaşvili azadlığa buraxılmadı

Tbilisi Apellyasiya Məhkəməsi Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini səhhətinə görə azadlığa buraxmaqdan imtina edib.

Jamaz.info xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Həkim Giorgi Qriqoliya bildirib ki, Mixail Saakaşvilinin vəziyyəti ağır qiymətləndirilir, o, Tbilisi klinikalarından birində müalicə alır. Qrikoliya qeyd edib ki, arıqlama davam edərsə, siyasətçinin orqanizmi ağır proseslərlə üzləşəcək. Ölkənin keçmiş prezidentinin çəkisi 55 kiloqrama çatarsa, o, yataq xəstəsi olaraq qalacaq.

Saakaşvilini müalicə edən həkim Tamara Davaraşkili bildirmişdi ki, o, öz vəziyyətini azadlıq naminə qəsdən ağırlaşdırmağa çalışır və daima dərman qəbul edir. Eyni zamanda yediklərinə də diqqət etmir: “Xəstə artıq bir neçə aydır ki, klinikamızdadır və hər dəfə deyirlər ki, onun vəziyyəti çox ağırdır. Mən 8 aydır ki, ağır xəstələri görmürəm”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button