Dünya

“Sərhədləri KTMT yox, ermənilər özləri qorumalıdır” – Ohanyan

Ermənistanın sabiq müdafiə naziri, hazırda müxalif “Hayastan” fraksiyasının parlamentdəki rəhbəri Seyran Ohanyan Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) arasındakı münasibətlərdən danışıb.

Jamaz.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, keçmiş nazir Ermənistan sərhədlərini erməni hərbçilərinin qorumalı olduğunu söyləyib.

“Ermənistanın sərhəd problemlərinin həllini KTMT-dən gözləmək məntiqli deyil. Ermənistan sərhədlərini erməni hərbçiləri qorumalıdır. Azərbaycanla münasibətlər, sərhədlərin təhlükəsizliyi və mühafizəsi, mühəndis-kommunikasiya işləri – bunlarla KTMT yox, Ermənistanın hərbi-siyasi rəhbərliyi məşğul olmalıdır, amma o bunu etmir. Təşkilatla siyasi səviyyədə işləmək lazımdır. Lakin Ermənistan hakimiyyəti heç cür prioritetlərini müəyyən edə bilmir”, – deyə Ohanyan indiki hakimiyyəti təqdin edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button