Dünya

Sərhəddə bir erməni əsgəri yaralanıb

İstər sərhəddə, istərsə də Qarabağda hadisələr getdikcə daha gərgin məcraya qədəm qoyur. JAMAZ.İNFO xəbər verir ki, Ermənistan tərəfi 44 günlük müharibədən nəticə çıxarmayaraq, təxribatlarında davam edir.

Məhz bu təxribatların nəticəsidir ki, müharibədən sonra iki dəfə Azərbaycan-Ermənistan sərhəddində qanlı toqquşmalar baş verib. Hər dəfəsində də erməni tərəfi yüzlərlə əsgərini itirməli olur. Lakin yenə də revanşist düşüncədən əl çəkmirlər.

Vəziyyət yenidən gərginləşməyə doğru gedir. Görünən və bilinən odur ki, istər sərhəddə, istərsə də separatçıların hələ də yuva saldığı Qarabağda təxribatlar seriyası davam edir. Son həftə içində təkcə Qarabağdakı separatçılar bir neçə dəfə Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar. Bu gün Ağdam və Xocalı rayonları ərazisində müdafiəs istehkamları qurumaa cəhd ediblər ki, Ordumuz tərəfindən qarşısı alınıb.

Amma günün sonuna yaxın bir xəbər də sərhəddin Kəlbəcər istiqamətindən gəlib. JAMAZ.İNFO xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi iddia edib ki, bu gün səhər saatlarında sərhəddə bir erməni əsgəri yaralanıb. O.A. adlı sıravi əsgərin guya, Azərbaycan hərbçilərinin açdığı atəş nəticəsində yaralandığı deyilir.

Qeyd edək ki, ermənilərin belə açıqlamaları hər zaman olub. Əksər hallarda öz əsgərləri bir-birilərinə atəş açaraq ya yaralayır, ya da qətlə imza atırlar. Lakin erməni tərəfi hər dəfəsində bunun guya, Azərbaycan hərbçiləri tərəfindən edildiyi barədə yalan məlumat yayır. Bu dəfə də eyni vəziyyətdir və günahı bizimkilərin üzərinə atmağa çalışırlar. Çünki sərhəddə gərginlik Ermənistanın işinə yarayır. Həm bundan təbliğat vasitəsi kimi istifadə edərək, beynəlxalq təşkilatlar yanında Azərbaycanı gözdən salmağa çalışırlar. Həm də yeni təxribatların tprədilməsi üçün bəhanə kimi istifadə etməyi düşünürlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button