Dünya

Sərhəddə 4 erməni əsgəri yaralandı: Qumbara partlayıb

Bu gün səhər saatlarında Azərbaycan-Ermənistan sərhəddi yaxınlığında partlayış baş verib. JAMAZ.İNFO erməni mənbələrinə istinadən xəbər verir ki, partlayışa səbəb əl qumbarasının partlaması olub.

Geqarkunik rayonu ərazisində baş vermiş hadisə nəticəsində 4 erməni hərbçisinin yaralanıb. Yaralananların durumunun stabil olduğu, həyati təhlükə daşımadığı bildirilir.

Məsələ ilə bağlı cinayət işi açılıb, hadisənin təfərrüatları öyrənilir. İlkin ehtimal budur ki, əsgərlər əl qumbarasından ehtiyatsız davranıblar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button