Dünya

Rusların Kurska girişi dayandırldı: Kiyev ordusu 480 kv.km ərazini ələ keçirib   

Ukrayna ordusu Kursk vilayətinin böyük hissəsini təcrid etməyə çalışır. JAMAZ.İNFO xəbər verir ki, Kiyev hərbçiləri artıq Ukrayna sərhədi ilə Seym çayı arasında yerləşən Kurşçinanın bir hissəsini təcrid etməyə nail olub.

“Forbes” jurnalı yazıb ki, bu, 480 kvadrat kilometr ərazinin nəzarətə götürülməsi deməkdir. “Hazırda əsas məqsəd Kursk vilayətindəki körpülərin sıradan çıxarılmasıdır. İndiyə qədər daimi 3 körpü dağıdılıb”.

Lakin jurnal qeyd edib ki, Rusiya tərəfi də sakit oturmayıb. “Onlar dağıdılmış körpüləri panton körpülərlə əvəz etməyə cəhd göstərirlər. Lakin Ukrayna ordusu ərazini tam nəzarətində saxladığından, rusların cəhdləri alınmır. Nəzərə alaq ki, beton körpüləri qısa müddətdə sıradan çıxarmağa nail olan Ukrayna hərbçiləri üçün panton körpülərin sıradan çıxarmaq elə də çətin olmayacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button