Dünya

Ruslar Ukraynanın daha bir şəhərinə daxil oldu

Rusiya qoşunları Donetsk ətrafında yerləşən Uqledar şəhərinə daxil olub.

Jamaz.info xəbər verir ki, bu barədə qondarma Donetsk Xalq Respublikası (DXR) rəhbərinin müşaviri İqor Kimakovski bildirib.

Onun sözlərinə görə, hazırda şəhərin kənarında döyüşlər gedir.

“Əks-hücuma keçməyə çalışan düşmənə qarşı Rusiya artilleriyası istifadə olunur”, – Kimakovski deyib.

Rusiyanın işğal etdiyi Xerson vilayətinin fövqəladə hallar xidmətinin nümayəndəsi isə qeyd edib ki, artilleriyaçılar Dnepr çayının sağ sahilində Ukrayna ordusunun anbarını məhv ediblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button