Dünya

Ruslar Baxmutun mərkəzini ələ keçirdi

“Vaqner” döyüşçüləri Ukraynanın Baxmut şəhərinin mərkəzinə daxil olaraq, yerli hərbi prokurorluğun binasını ələ keçiriblər.

Jamaz.info xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun analitikləri Ukrayna müharibəsi ilə bağlı son hesabatda bildiriblər.

Hesabatda Rusiya hərbçilərinin Konstantinovka-Çasov Yar-Baxmut magistralının cənubuna doğru irəlilədiyi qeyd olunub.

Rusiyalı hərbi jurnalistlər “vaqner”çilərin Baxmutun mərkəzində bir neçə binanı, o cümlədən “Metallurq” stadionunu, Baxmut otelini və Bütün Müqəddəslər Kilsəsini ələ keçirdiyini iddia edir, lakin bu barədə rəsmi açıqlama verilməyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button