Dünya

Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı

Avropa İttifaqı Şurası Rusiyaya qarşı bütün iqtisadi sanksiyaların müddətini daha altı ay uzadıb.

Jamaz.info xəbər verir ki, bu barədə Aİ Şurası bəyanat yayıb.

“Şura bu gün Rusiyanın iqtisadi sektorlarına qarşı qadağaların altı ay – 2024-cü il yanvarın 31-dək uzadılması barədə qərar qəbul edib”, – bəyanatda deyilir.

Məlumat üçün bildirək ki, sanksiyalar ilk dəfə 2014-cü il avqustun 1-də qüvvəyə minib və hər altı aydan bir uzadılıb. Avropa İttifaqı 2022-ci ilin fevralından bəri Rusiyaya qarşı birtərəfli sanksiyaları 11 yeni məhdudiyyət paketi ilə sərtləşdirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button