Dünya

Rusiyanın Kaluqa vilayətinə növbəti dəfə PUA hücumu oldu

Rusiyanın Kaluqa vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub.
Jamaz.info xəbər verir ki, bu barədə vilayət qubernatoru Vladislav Şapşa bildirib.
Onun sözlərinə görə, vilayətin Dzerjinski rayonunda hava hücumundan müdafiə sistemləri işə salınıb.
V.Şapşa PUA-lardan birinin vurulduğunu bildirib.
Qubernator həmçinin itki olmadığını söyləyib.
Qeyd edək ki, avqustun 11-də Kaluqada elektrik yarımstansiyalarından biri partladılıb. Nəticədə vilayətin hava məkanı qısamüddətli də olsa bağlanıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button