Dünya

Rusiyanın etdikləri müharibəni dayandırmaq üçündür – Putin

Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibədən danışıb.

Jamaz.info “RİA Novosti”yə istinadən xəbər verir ki, Putin yürütdüyü siyasətə haqq qazandırıb.

“Ukraynada müharibə 2014-cü ildən bəri davam edir və dayanmayıb. İndi Rusiyanın etdiyi hər şey müharibəni dayandırmaq üçündür”, – deyə Rusiya prezidenti bildirib.

Qeyd edək ki, Rusiya 2014-cü ildə Ukraynanın Krım regionunu ilhaq edib. Həmçinin ötən ilin 24 fevralından Ukrayna ərazilərinə hücum edib və işğal etdiyi əraziləri özünə birləşdirdiyini açıqlayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button