Dünya

Rusiyanın BMT TŞ-də üzvlüyü dayandırılmalıdır

Avropa Şurasının prezidenti Şarl Mişel hesab edir ki, Rusiyanın BMT Təhlükəsizlik Şurasında üzvlüyünü dayandırmaq üçün mexanizm hazırlamaq lazımdır, çünki bu, beynəlxalq hüququ pozur.

Jamaz.info  xəbər verir ki, o, bu barədə RTVI telekanalına müsahibəsində bildirib.

“Düşünürəm ki, beynəlxalq hüquqda qüsur var, çünki BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya beynəlxalq hüququ kobud şəkildə pozur”, – o vurğulayıb. Eyni zamanda, Mişel Moskvanın tamamilə xaric edilməsini tələb etmədiyini qeyd edib.

Bununla belə, o, Rusiyanın üzvlüyünün dayandırılmasının hələlik mümkün olmadığını etiraf edib. Eyni zamanda, Mişel hesab edir ki, BMT-nin təhlükəsizlik konsepsiyası “artıq pisləşib” və “fəaliyyətində çoxlu çətinliklərlə üzləşib”. Bundan əlavə, o hesab edir ki, Afrika qitəsi BMT strukturlarında çox az təmsil olunur.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button