Dünya

Rusiyanın 10 aeroportuna uçuşların məhdudlaşdırılması rejimi yenidən uzadılıb

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) ölkənin cənub və mərkəzi hissəsindəki 10 hava limanında uçuşların məhdudlaşdırılması rejimininin müddətini dekabrın 21-dək uzadıb.

Təyyarələrin Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov və Elista hava limanlarına uçuşları məhdudlaşdırılıb.

Xatırladaq ki, Rusiyanın cənubunda və mərkəzində yerləşən hava limanlarına uçuşların məhdudlaşdırılması rejimi fevralın 24-dən etibarən tətbiq edilir. Məhdudiyyət sayca 47-ci dəfədir uzadılır.(report)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button