Dünya

Rusiyanı tam demilitarizasiya edəcəyik – Podolyak

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Rusiyanın hərbi sahədəki addımlarını dəyərləndirib.

Jamaz.info xəbər verir ki, müşavir bu barədə tviter səhifəsində yazıb.

“Nə tam səfərbərlik, nə panika içərisində silah axtarmaq, nə İranla gizli anlaşmalar, nə də Lavrovun təhdidləri Rusiyaya kömək edə biləcək. Rusiyanın reallıqlarla üzləşməsinə ehtiyac var. Ukrayna Rusiyanı sona qədər tam demilitarizasiya edəcək. İşğalçıları işğal altındakı bütün regionlardan qovub çıxaracaq. Səssizcə finalı gözləyin”, – deyə Podolyak qeyd edib.

Xatırladaq ki, bu ilin 24 fevralında Rusiyanın Ukrayna ərazilərinə hücumu ilə başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button