Dünya

Rusiyanı təcrid etmək üçün konkret plan hazırlanır – ABŞ açıqladı

Mayın 19-21-də Yaponiyanın Xirosima şəhərində keçiriləcək G7 liderlərinin sammitində Rusiyanın təcridini artıracaq və Ukraynaya qarşı müharibəni davam etdirmək imkanlarını zəiflədəcək konkret addımlar atılacaq.

Jamaz.info xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Rusiyanın işğalından sonra keçən 15 ay ərzində G7 Ukrayna ilə həmrəylik nümayiş etdirdi, dünyanı Ukraynaya dəstək üçün topladı və Putini bütün dünyada əsas texnologiya və maliyyə vəsaitlərindən təcrid etdi. Siz Rusiya Federasiyasının daha da təcrid edilməsi və onun qəddar müharibə aparmaq qabiliyyətinin zəiflədilməsi üçün konkret addımların şahidi olacaqsınız”, – o deyib.

Kirbinin fikrincə, G7 ölkələrinin həmrəylik səviyyəsi indi keçən il olduğundan daha yüksəkdir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button