Dünya

Rusiyanı düşmən hesab edən amerikalıların sayı rekord həddədir

Amerikalıların Rusiyaya münasibəti Ukraynadakı müharibə səbəbindən rekord mənfi həddə çatıb.
Jamaz.info xəbər verir ki, Ronald Reyqan Fondunun keçirdiyi müntəzəm sorğunun nəticələrinə görə, əhalinin 82%-i Rusiya Federasiyasını düşmən kimi qəbul etdiyini bildirib.
Bu, tədqiqat tarixində maksimum nəticədir. Ötən il bu rəqəm 65% olub.
Bununla yanaşı, Ukrayna tərəfdarlarının sayı xeyli artıb. Respondentlərin 76%-i bu ölkəni (bir il əvvəl 49%) müttəfiq adlandırıb. Amerikalıların 57%-i Ukraynaya maliyyə yardımı və silah tədarükünün davam etdirilməsinin tərəfdarıdır, 72%-i isə Rusiya NATO ölkəsinə müdaxilə edəcəyi təqdirdə ABŞ-ın ona qarşı hərbi əməliyyatını dəstəkləyəcək. Bununla belə, 77% Putinin nüvə silahından istifadə edə biləcəyindən narahatdır.
Amerikalılar Rusiyanı Çindən sonra əsas düşmən adlandırıblar. Amerikalıların 42%-i Pekini əsas təhlükə hesab edir. Eyni zamanda, Rusiyaya bu cür tərif verənlərin sayı il ərzində iki dəfə – 14%-dən 31%-ə qədər artıb.
Rusiya Federasiyasında “Levada Mərkəzi” avqust ayında oxşar mövzuda sorğu keçirib. O zaman rusiyalıların 71%-i ABŞ-a pis münasibət bildirib. 65%-i də Avropa İttifaqına mənfi münasibət bəsləyir. Sorğuda iştirak edənlərin 66%-i Ukraynanın qatı əlehidarıdır.(Qaynarinfo)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button