Dünya

Rusiyadan Ermənistana ciddi xəbərdarlıq: Sizi nə gözlədiyini nəzərə alın

Ermənistan parlamenti ölkənin Roma Əsasnaməsinə qoşulmasının nəticələrini öyrənməli və Rusiya Federasiyası ilə müttəfiqlik münasibətləri üçün riskləri qiymətləndirməlidir.

Jamaz.info “TASS” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Federal Məclisi ilə Ermənistan Milli Məclisi arasında əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın iclasında Federasiya Şurası sədrinin müavini, parlamentlərarası əməkdaşlıq komissiyasının həmsədri Yuri Vorobyov deyib.

“Bizim anladığımız kimi, bu o deməkdir ki, Ermənistan baxdığı bütün işlərə münasibətdə Haaqa Tribunalının yurisdiksiyasını tanıyır. Biz onu demək istəyirik ki, erməni həmkarlarımızın bu addımı anti-Rusiya kontekstinə malik olmasa da, praktikada bu, Rusiya-Ermənistan münasibətlərinə ciddi ziyan vurur.

Biz müttəfiqlərimizi Roma Əsasnaməsinə qoşulmağın nəticələrini bir daha diqqətlə öyrənməyə və Rusiya ilə müttəfiqlik münasibətləri üçün mümkün riskləri qiymətləndirməyə çağırırıq”, – Vorobyov bildirib.

Onun sözlərinə görə, hazırda Rusiya və Ermənistanın xarici işlər nazirlikləri arasında dialoq gedir.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button