Dünya

Rusiyada PUA-lardan istifadə qadağan olundu

Rusiyanın Xabarovsk diyarında dronlardan istifadə ilə bağlı qadağa qərarı verilib.

Jamaz.info TASS-a istinadən xəbər verir ki, bu barədə diyarın qubernatoru Mixail Deqtyarev məlumat verib.

O, təhlükəsizliyi artırmaq üçün bölgədə PUA-lardan istifadənin məhdudlaşdırıldığını bildirib.

İstisna kimi dövlət orqanları, Xabarovsk diyarının bələdiyyələri və yerli özünüidarəetmə orqanları, onların tabeliyində olan təşkilatlar, habelə dövlət müdafiə sifarişlərini yerinə yetirən təşkilatlar tərəfindən qanunla müəyyən edilmiş qaydada istifadə olunan pilotsuz uçuş aparatları nəzərdə tutulub.

Qeyd edək ki, dünən Rusiya prezidentinin mətbuat xidməti Kremlə Ukrayna tərəfindən dronlarla zərbə endirilməyə cəhd edildiyi barədə iddialar yaymışdı. Rəsmi Kiyev belə bir hadisə barədə Ukrayna tərəfində məlumat olmadığını açıqlamışdı.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button