Dünya

Rusiya XİN: “Söhbət müxalifətin razılaşmalara münasibətindən getmir”

“Söhbət Ermənistandakı mübahisəli məsələlərdən, Azərbaycanla münasibətlərin normallaşmasına təsirindən gedirsə, o zaman söhbət müxalifətin razılaşmalara münasibətindən yox, ölkə rəhbərliyinin bəyanatlarının qəbulundan gedir”. JAMAZ.İNFO xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zayts deyib.

Onun sözlərinə görə, Moskva Ermənistanın sabitliyində və dinc inkişafında maraqlıdır: “Ölkənin daxili siyasi həyatının bütün məsələləri müstəsna olaraq hüquqi-konstitusiya müstəvisində, müvafiq demokratik prosedurlar çərçivəsində öz həllini tapmalıdır. Bu proseslərin Ermənistan-Azərbaycan dialoquna təsirinin mümkünlüyünə gəlincə, söhbət müxalifətin razılaşmalara münasibətindən yox, Ermənistan rəhbərliyinin müəyyən bəyanatların qəbulundan gedir”.

O vurğulayıb ki, Rusiya ilk növbədə 10 noyabr 2020-ci il və 11 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların bütün müddəalarını yerinə yetirməklə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına fəal töhfə verir. “Bundan əlavə, Moskva tərəfləri sülh razılaşmasına nail olmaq səylərində dəstəkləyir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button