Dünya

Rusiya XİN Lavrovun ATƏT-in iclasına buraxılmamasına sərt reaksiya verib

Rusiya Xarici İşlər Nazirliyi Polşanın Sergey Lavrovun Lodz şəhərində keçiriləcək ATƏT XİN Şurasının iclasında iştirak etməsi üçün bu ölkəyə səfərinə qadağa qoymasına münasibət bildirib.

Bununla bağlı Rusiya XİN bəyanat yayıb.

“ATƏT-in fəaliyyətdə olan sədri 1-2 dekabrda Polşanın Lodz şəhərində keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun iştirakından imtinası indiyə qədər qeydə alınmamış və təxribatçı qərardır”, XİN bəyanatında qeyd olunur.

Bəyanatda bildirilir ki, Polşa səlahiyyətliləri ATƏT-in öz funksiyalarını yerinə yetirməsinə mane olur:

“Əminik ki, bütün sağlam düşüncəli siyasətçilər belə hərəkətlərin yolverilməzliyi ilə bağlı Rusiya tərəfinin mövqeyini bölüşür. Dünən ATƏT-in bütün iştirakçı dövlətlərinə bununla bağlı müvafiq sorğu göndərilib”.

Rusiya XİN əlavə edib ki, ATƏT Nazirlər Şurasındakı Rusiya nümayəndə heyətinə ATƏT-in daimi nümayəndəsi Aleksandr Lukaşeviç rəhbərlik edəcək.(apa)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button