Dünya

Rusiya XİN: Çin bizim üçün vacibdir

Rusiya XİN başçısının müavini Andrey Rudenko ölkəsinin Çin Xalq Respublikası ilə əlaqələrindən danışıb.

Jamaz.info xəbər verir ki, nazir müavini bu barədə TASS-a müsahibəsi zamanı söz açıb.

“Rusiya hava yolu və dəmir yolu sahələrində sərnişin daşımalarının bərpası məsələsində Çinlə işləməyi vacib hesab edir. Bu kontekstdə Rusiya tərəfi iki ölkə xalqları arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində mərkəzi rol oynayan humanitar əlaqələrin intensivləşdirilməsində maraqlıdır”, – deyə Rudenko bildirib.

O həmçinin qeyd edib ki, müvafiq sahələrdə əlaqələrin inkişafı iki ölkə arasındakı münasibətlərə müsbət töhfə verəcək.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button