Dünya
Rusiya Xersonu atəşə tutdu
“Ötən gün ərzində düşmən minaatan, artilleriya, tank, Qrad, aviasiya, LNG, BMP və PUA-lardan 487 mərmi ataraq 76 dəfə atəşə tutub”.
Jamaz.info xəbər verir ki, bunu Ukraynanın Xerson Regional Hərbi Administrasiyasının rəhbəri Oleksandr Prokudin Teleqram kanalında yazıb.
O bildirib ki, Rusiya ordusu mülki əhalinin yaşadığı yerləri də atəşə tutub.
Nəticədə 2 nəfər həlak olub, daha 3 nəfər yaralanıb.