Dünya

Rusiya Ukraynaya daha 60 min ordu göndərməyə hazırlaşır

Rusiyada qapalı şəkildə səfərbərlik elan edilib. Həmin səfərbərlik nəticəsində daha 60 min hərbi qüvvənin Ukraynaya göndərilməsi planlaşdırılır. JAMAZ.İNFO xəbər verir ki, bu xəbəri Ukrayna Müdafiə Nazirliyi yayıb.

Həmin məlumata görə, Moskva ordunu yenidən komplektləşdirmək fikrindədir. Bu məqsədlə canlı qüvvə ilə yanaşı, son 30 ildə istifadə etdiyi hərbi texnikalardan da istifadə etmək fikrindədir.

Məlumatda vurğulanır ki, hazırda Krasnodar diyarı, Perm vilayəti, Dağıstan, İnquşetiya və Kalmıkiya respublikalarında gizli səfərbərlik işləri görülür. Yaşı 32 olan və hərbi xidmətə yararlı şəxslər prosesə cəlb olunur.

Qeyd edək ki, Rusiya Ukraynaya daha bu ölkənin vətəndaşları olan azsaylı xalqların nümayəndələrini göndərir. Xüsusən də ən riskli və təhlükəli yerlərdə onların imkanlarından istifadə edir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button