Dünya

Rusiya Ukrayna sərhəddinə 1200 tank və 100 min əsgər yerləşdirdi  

Son günlər Donbas və Luqanskda vəziyyətin gərginləşməsi, Ukrayna ordusunun bir neçə yaşayış məntəqəsini separatçılardan təmizləməsi Moskvanı hərəkətə keçirib. JAMAZ.İNFO xəbər verir ki, Rusiya artıq Ukrayna ilə sərhəddə 100 minlik ordu yığıb.

Peyk vasitəsi ilə çəkilmiş fotolardan aydın görünür ki, Yelniya qəsəbəsi ətrafına toplanmış ordu birlikləri xüsusi döyüş hazırlığı vəziyyətindədirlər. Həmçinin Rusiya sərhəddə təkcə 100 min nəfərlik hərbi qüvvə deyil, habelə 1200 döyüş tankı da cəlb edib. Bundan başqa, Ukrayna ilə sərhəddə T-80U tankları, “İsgəndər” raketləri, 2S1 “Qvozdika” və 2S19 “MSTA” özüyeriyən toplar, BM-21 “Qrad” qurğuları və TOS-1 raket sistemləri də var.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button