Dünya

Rusiya telekanallarında nüvə hücumu xəbərdarlığı

Hakerlər Rusiya telekanallarını sındırıb və ekranlarda nüvə hücumunun baş verdiyini bildirən qırmızı siqnal verilib.

Jamaz.info xəbər verir ki, telekanallarda insanların sığınacaqlara enməsi, əleyhqaz taxması, radiasiya həbləri qəbul etməsi ilə bağlı xəbərdarlıqlar edilib.

Hakerlər son vaxtlar Rusiyaya qarşı kiberhücumları artırıblar. İki həftə ərzində üçüncü dəfə Rusiya televiziyası hücuma məruz qalıb.

Ölkənin dördüncü böyük şəhəri olan Yekaterinburqda telekanallar hakerlərin hədəfinə çevrilib.

Televiziya ekranlarında qara və sarı radiasiya xəbərdarlığı işarələri olan Rusiya xəritəsi göstərilib. “Hər kəs dərhal sığınacaq tapsın, binaları möhürləyin, istənilən növ qaz maskası taxın”, – yayımda deyilir .

Qaz maskası tapa bilməyənlər pambıq parçadan istifadə etməlidirlər. Təcili vəziyyətdə istifadə olunan radiasiya həblərini qəbul edin!’ ‘ xəbərdarlıqda deyilib.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button