Dünya

“Rusiya “təmizləmək” öhdəliyini etmədi” – Ərdoğan

“Rusiya tərəfi 2019-cu il müqaviləsi çərçivəsində Suriya bölgələrini kürd silahlı qruplarından “təmizləmək” öhdəliyini yerinə yetirməyib”.
Jamaz.info xəbər verir ki, bunu Ərdoğan Qətərdən qayıdarkən deyib.
“2019-cu ildə Soçidə Rusiya tərəfi ilə də razılaşmamız var. Onlar bölgənin terrorçulardan təmizlənməsinə cavabdehdirlər. Təəssüf ki, biz bunu onlara dəfələrlə xatırlatsaq da, etmədilər və etmirlər. Dedik ki, terrorçular özləri təslim olmasalar, susmayacağıq, onlara qarşı addım atacağıq… Burada heç bir məhdudiyyət yoxdur. Bu əməliyyatın davam etdirilməsi gündəmdədir. Biz yerdən və havadan lazım olan hər şeyi etdik. Biz bunu davam etdirəcəyik”, – deyə Ərdoğan bildirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button