Dünya

Rusiya sahillərində güclü zəlzələ

Kamçatka sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

Jamaz.info xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Severo-Kurilsk şəhərindən 128 kilometr aralıda yerləşir. Zəlzələ barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi də məlumat yayıb.

Mərkəzin məlumatına görə, zəlzələ Severo-Kurilsk şəhərindən 100 kilometr aralıda, 60 kilometr dərinlikdə baş verib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button