Dünya

Rusiya səfiri İrlandiyanı hədələdi – Komitə sədri qəzəbləndi

Rusiya İrlandiyanın Ukraynada ölən könüllüsünü dəstəkləməsinə təhdidlərlə cavab verib.

Jamaz.info Publika.az-a istinadən xəbər verir ki, Rusiyanın Dublindəki səfirliyi İrlandiyanın Baxmut yaxınlığında həlak olan irlandiyalı könüllülərə dəstəyini Ukraynanı dəstkləmək kimi qəbul edir. Məlumata görə, Rusiya səfirliyi aprelin 28-də belə bir bəyanat dərc edib.

Bəyanatda Baxmut yaxınlığında dünyasını dəyişən Finbar Kafferkanın ailəsinə başsağlığı verən baş nazirin müavini, xarici işlər naziri Mişol Martinin sözlərinə diqqət yetirilib. Martinin könüllü döyüşçünü “açıq prinsipləri olan gənc” adlandırmışdı.

“Cənab Martinin şərhinin, irlandların Ukraynadakı hərbi əməliyyatlarda iştirakına dəstək mənasını ifadə edib-etmədiyini bilmirik. Amma əgər elədirsə, onda İrlandiya münaqişənin birbaşa iştirakçısı sayılır”, – bu barədə Rusiya səfirliyi məlumat yayıb.

Parlamentin Xarici Əlaqələr Komitəsinin rəhbəri Çarli Flanaqan bu açıqlamaya cavab olaraq Rusiya səfirinin ölkədən çıxarılmasını istəyib.

Xatırladaq ki, aprelin 28-də İrlandiya vətəndaşı Finbar Kafferkanın Baxmut yaxınlığında rus qoşunlarına qarşı döyüşlərdə öldüyü məlum olub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button