Dünya

Rusiya qoşunlarının bir hissəsini Ukrayna sərhəddindən geri çəkdi

Son bir neçə ayda Ukrayna sərhəddinə qoşun yığan və mütəmadi olaraq müharibənin başlayacağı barədə yayılan xəbərlərin ardından bu gün Kremldən açıqlama gəlib. JAMAZ.İNFO xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Ukrayna sərhəddinə yaxın ərazilərdə yerləşən qoşun hissələrinin bir qismi ərazidən çıxarılaraq, xidməti yerlərinə geri dönməsi prosesinə start veriblər.

Nazirliyin mətbuat katibi İqor Konaşenko bildirib ki, Rusiyanın Cənub və Qərb Hərbi Dairələrinin hərbi hissələri təlimlərdən sonra vəzifələrini başa vuraraq, geri dönməyə  başlayıblar. “Hal hazırda hər iki Hərbi Dairənin hərbi birliklərinin dəmir və quru yolu ilə öz hərbi hissələrinə dönməsi üçün lazım olan yükləmələrə start verilib”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button