Dünya

Rusiya paytaxtında karantin – Quş qripi təhlükəsi

Rusiyanın paytaxtı Moskva şəhərinin meri Sergey Sobyanin şəhərin bir sıra rayonlarında heyvanların iştirakı ilə kütləvi tədbirlərin keçirilməsinə qadağa qoyulduğunu elan edib.

Jamaz.info Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, quş qripinin yayılması ilə əlaqədardır.

Epizootik ocaq Borisovski gölünün ərazisidir. Mütəxəssislərdən başqa heç kimin ora getməsinə icazə verilmir.

Brateevo, Kapotnya, Maryino, Lyublino, Peçatniki, Moskvoreçye-Saburovo, Tsaritsyno, Biryulyovo Şərqi, Şimali və Cənubi Orexovo-Borisovo və Zyablikovo bölgələrində karantin elan olunub. Heyvanların, o cümlədən quşların idxalı və ixracı, inkubasiya yumurtalarının kəsilməsi, lələklərinin çıxarılması, quşların gəzdirilməsi, ərzaqların hazırlanması, kənd təsərrüfatı yarmarkalarının, sərgilərin, hərracların və digər tədbirlərin keçirilməsi qadağandır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button